"Atributinfo.az" xəbər verir ki, sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, sənədlər və digər materiallar nümayiş olunub.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, eləcə də rayonun idarə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.
İlk öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilib.
Daha sonra iştirakçılar sərgidə nümayiş etdirilən eksponatlarla tanış olub, Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətini əks etdirən materiallara baxış keçiriblər.
Tədbir zamanı Saatlı şəhər Bülbül adına Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında Ulu Öndərə həsr olunmuş musiqi nömrələri səsləndirilmişdir.
Sonda tədbirdə iştirak edən rəsmilər Ulu Öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, onun xalqın yaddaşında böyük lider kimi əbədi yaşayacağını vurğulamış, həmçinin keçirilən tədbirlə bağlı xoş təəssüratlarını bölüşmüşlər.
Bəradər Səməndərli
"Atributinfo.az"
