Seçici probleminin həllini, vətəndaş qayğısı ilə maraqlanmağı fəaliyyətinin əsas istiqaməti hesab edən Şabran rayonunu Milli Məclisdə təmsil edən deputat Mahir Süleymanlı ənənəyə sadiq qalaraq dünən-30 aprel 2026-ci ol tarixdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.
"Atributinfo.az" xəbər verir ki, qəbul zamanı millət vəkili Rayon sakinlərinin müraciət və təkliflərini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.