Sizin reklam burada
Sizin reklam burada
  • Cavanşir Paşazadədən növbəti dəfə vətəndaş qəbulu

    Milli Məclisin deputatı Cavanşir Paşazadə ənənəyə sadiq qalaraq növbəti dəfə seçicilərlə görüş keçirib, vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən sosial və məişət problemləri ilə yaxından maraqlanıb.

    "Atributinfo.az" xəbər verir ki, görüş zamanı sakinlər tərəfindən məşğulluq, sosial təminat, kommunal xidmətlər, yol infrastrukturu, torpaq məsələləri, səhiyyə və digər sahələrlə bağlı müxtəlif müraciətlər səsləndirilib.

    Deputat Cavanşir Paşazadə hər bir müraciəti diqqətlə dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılması və aidiyyəti qurumlar qarşısında qaldırılması üçün müvafiq tapşırıqlar verib. O bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyət qurmaq, onların problem və təkliflərini dinləmək deputat fəaliyyətinin əsas istiqamətlərindən biridir.

    Görüş zamanı qeyd olunub ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində regionların inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması və infrastruktur layihələrinin icrası istiqamətində mühüm işlər görülür. Bununla yanaşı, yerli səviyyədə mövcud problemlərin həlli üçün seçicilərlə mütəmadi görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

    Cavanşir Paşazadə vurğulayıb ki, seçicilərin etimadı onun üçün böyük məsuliyyətdir və hər bir vətəndaş müraciətinə həssaslıqla yanaşılır. O, bundan sonra da sakinlərlə mütəmadi görüşlərin davam etdiriləcəyini, qaldırılan problemlərin həlli istiqamətində ardıcıl iş aparılacağını diqqətə çatdırıb.

    Görüş iştirakçıları göstərilən diqqət və səmimi münasibətə görə minnətdarlıqlarını bildirərək, belə görüşlərin vətəndaşlarla dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ