Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Razi Nurullayev İmişli rayonu, Məmmədli kənd məktəbində olub, məktəbin problemləri ilə maraqlanıb

    "İmişli rayonu, Məmmədli kənd məktəbində müəllim kollektivi ilə görüş keçirdim. Müəllimlər ziyalı təbəqədir və onları dinləmək problemləri tapmağa və həll yollarını göstərməyə kömək edir. Hərçənd ki, təəssüflə qeyd edək ki, bu gün bir çox Azərbaycan müəllimi də ciddi çətinliklərlə üz-üzə qalır."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, əlavə edib ki, vurğuladım ki, uzun çəkməz ki, müəllim sosial problemlərinin həlli ilə yox, birbaşa şagirdlərin təhsili ilə məşğul olar. Hələ ki, o səviyyəyə çata bilməmişik və müəllimlər də tam olaraq zamanlarını təhsilə vermək istəsə də tam nail ola bilmir. Çünki, müəllimlərin iş şəraitini, imkanlarını və əmək haqlarını artırmaq üçün müəyyən zaman tələb olunacaq. Bu yöndə iş gedir, amma yenə də zaman alacaq:

    "Məmmədli kəndi 96 şagird yerlik mobil məktəbdir. Köhnə məktəb binası çox möhkəm və yaraşıqlı bir binadır. Kaş ki, elə o məktəb özü təmir olunardı və zənnimcə mobil məktəbə çəkilən xərc bəs edə bilərdi. Hər halda nazirlik yəqin ki, hesablayıb və qərara hörmətlə yanaşırıq. Sadəcə, müəllim kollektivi narazıdır. Səbəb müəllimlər otağının çox balaca olması və müəllimlər üçün iş şəraitinin nəzərə alınmamasıdır. Özüm də müəllimlər otağında oldum və maksimum 5 nəfərin işləməsinə şərait var.

    Məncə mobil məktəblərin də tikintisində müəyən minimum standartlar nəzərə alınmalıdır.

    Məktəb kollektivi ilə səmimi söhbətimiz oldu və onlarla görüş uzun müddət xatirimdə qalacaq."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ