Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək görkəmli elm xadimi, oftalmoloq Akademik Zərifə xanım Əliyevanın həyat fəaliyyətindən, onun tibb elminə verdiyi sanballı töhfələrdən bəhs etmiş, qazandığı nailiyyətlərdən və yüksək titullara layiq görülməsindən danışıb, Zərifə xanımın zərif və həssas qadın, Ulu Öndər Heydər Əliyevə meh¬riban ömür-gün yoldaşı, Müzəffər Prezidentimiz cənab İlham Əliyevə qayğı¬keş ana olduğunu və daim qürurla anıldığını vurğulayıb.
Sonra partiya fəalı, Kardiorevmotoloji Sanatoriyanın həkimi Vüsalə Əliyevanın “Dünya oftalmologiyasının parlaq simasının nur saçan ömür yolu” mövzusunda məruzəsi dinlənilib, Gigiena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Səxavət Əsədov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə və digərləri çıxış ediblər.
Çıxış və nitqlərdə ömrü boyu insanları qaranlıqdan işığa daşıyan, xal¬qın, millətin sağlamlıq qayğıları ilə yaşamış Zərifə xanım Əliyevanın həyat yolundan və yüksək insani keyfiyyətlərindən danışılıb, onun tibb sahəsində və xüsusilə oftalmologiya sahəsində elmə verdiyi töhfələrdən, yaratdığı dəyərlərdən daim insanların sağlamlığı üçün istifadə olunacağından bəhs olunub. Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinə görə Zərifə xanım Əliyevanın əziz xatirəsinin qədirbilən xalqımız və onu tanıyanlar tərəfindən daim hörmət və ehtiramla anılacağı bildirilib.
Tədbirin sonunda Partiya işində və səhiyyə sahəsində fərqlənən bir qrup şəxsə YAP Göygöl rayon təşkilatı tərəfindən təşəkkürnamələr təqdim olunub.
/atributinfo.az/
