Bəzən sülh sadəcə sözlə deyil, səbrlə, iradə ilə və qətiyyətlə qurulur. Bu gün Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi də məhz bu uzun və əzmkar yolun dəyərli nəticəsidir.Bu mükafat təkcə bir uğurun deyil, regionda sabitlik, anlayış və gələcəyə yönəlmiş sağlam dialoqun simvoludur. Azərbaycanın səsini beynəlxalq arenada qətiyyətlə və ləyaqətlə çatdıran bu siyasətin qiymətləndirilməsi hər birimiz üçün qürurvericidir.Cənab Prezidenti ürəkdən təbrik edir, sülh yolunda atılan addımların davamlı və uğurlu olmasını arzulayıram.
