Bu sətirləri Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, bunun səbəbindən biri dövlət orqanlarının vəzifəli şəxslərinin xalqdan uzaq düşməsidir:
"Rahat kreslolarda da insanları qəbul etməklə onların çətinliyini başa düşmək olmaz. Bir çoxları ümumiyyətlə rahat həyatdan, cah-cəlallı yaşayışdan kresloya yiyələniblər deyə heç xəbərləri də yoxdur ki, bu dövlət necə qurulub, hansı fəlakətlərdən, çaxnaşmalardan keçib."- Deputat paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
