Sizin reklam burada
Sizin reklam burada
  • Əfv olunan şəxslər arasında müxtəlif kateqoriyalardan insanlar yer alır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı bir daha göstərdi ki, dövlət başçımız humanizm prinsiplərinə sadiqliyini hər zaman qoruyur və bu prinsipləri real addımlarla nümayiş etdirir. Əfv sərəncamı 218 nəfərə şamil olunaraq onların azadlığa qovuşmasına, ailələrinə, cəmiyyətə yenidən qovuşmalarına şərait yaratdı. Bu, sadəcə hüquqi akt deyil, həm də böyük mənəvi və insani məna daşıyan bir qərardır.

    Əfv olunan şəxslər arasında müxtəlif kateqoriyalardan insanlar yer alır. Onların içərisində ömürlərinin müəyyən hissəsini cəzaçəkmə müəssisələrində keçirən, etdiyi əməldən peşman olan, islah yoluna qədəm qoymuş şəxslər var. Prezidentin bu addımı onların yenidən cəmiyyətə qazandırılmasına, həyatlarını sıfırdan qurmasına böyük bir imkandır. Dövlətimizin başçısı bununla bir daha göstərdi ki, Azərbaycan dövləti yalnız cəza tədbirləri ilə deyil, eyni zamanda islahedici və bərpaedici siyasətlə fərqlənir.

    Bu əfv sərəncamı eyni zamanda vətəndaşlara, xüsusən də məhkumların ailə üzvlərinə verilən bir ümiddir. İnsanların həyatında yeni səhifə açmaq, onlara ikinci şans vermək həm də ailələrin birliyinə, cəmiyyətin sağlamlaşmasına, humanist dəyərlərin güclənməsinə xidmət edir. Məhkum yaxınlarının göz yaşları, sevinc dolu anları, ailə ocaqlarının bir daha işıqlanması bu sərəncamın əhəmiyyətini daha da artırır.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda insan hüquq və azadlıqlarına göstərilən diqqət, ədalət və humanizm prinsiplərinin davamlı olaraq həyata keçirilməsi ölkəmizin demokratik inkişafına böyük töhfə verir. Bu əfv sərəncamı da həmin istiqamətdə atılmış mühüm addımlardan biridir. Azərbaycan cəmiyyətində tolerantlıq, mərhəmət və bağışlama kimi ali dəyərlər məhz belə qərarlarla öz təzahürünü tapır.

    Beləliklə, bu gün imzalanmış əfv sərəncamı hər bir azərbaycanlı üçün Prezidentə olan sevgisinin, hörmətinin və rəğbətinin bariz nümunəsidir. Cənab Prezidentin humanist və ədalətli yanaşması Azərbaycan dövlətinin və cəmiyyətinin ən ali dəyərlərə sadiq olduğunu bir daha təsdiqlədi.

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ