Sizin reklam burada
Sizin reklam burada
  • Bəhruz Məhərrəmli şəhid ailələrini ziyarət edib

    "Şəhidlərimiz Şirinov Ruslan Yusif oğlunun anım günü, Mirzəyev Elmar Şahin oğlunun isə doğum günü münasibətilə onların ailələrini ziyarət edərək başsağlığı diləklərimizi çatdırdıq."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat həmçinin diqqətə çatdırib ki, Ruslan Şirinov (30 mart 1975) Təzəkənd kəndində doğulmuş və Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Elmar Mirzəyev isə (1995) Ağalıkənd kəndində doğulmuş, 44 günlük haqq savaşımızda qəhrəmancasına şəhid olmuş və Müzəffər Ali Baş Komandan tərəfindən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
    Allah rəhmət eləsin!
    Unutmadıq, unutmarıq!

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ