Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi, mətbəxdə qida məhsulları üçün əlavə yuma çanağının ayrılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və iaşə müəssisəsinin mətbəx sahəsində nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
