Pezeşkian daxilə hesablanmış şəkildə “türkicə” deyirsə, Azərbaycan Televiziyasının niyə bunu “Azərbaycan dili” deyə təqdim edir yazanlar var..."
Bu sətirləri şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu özünun feysbuk səhifəsində paylasşıb. O, əlavə edib ki, özünü hamıdan vətənpərvər bilənlərin mövqeyi, doğrusu, məni həm təəccübləndirir, həm də yox. Yəni, doğrudanmı biz hələ dövlətçi qafaya sahiblənməmişik? Yəni, doğurdanmı biz bilmirik ki, ayının min oyunu nəyin üstündədir?
Əvvəla, Şəhriyarın şeiri Azərbaycan türkcəsində, yəni Azərbaycan dilindədir, nə Türkiyə türkcəsində, nə Özbəkistan türkcəsində, nə Qazaxıstan türkcəsində deyil. Azərbaycan dili isə müstəqil tarixi inkişaf yolu keçmiş bir dildir, ləhcə-filan deyil:
"Yeri gəlmişkən, bu əsla o demək deyil ki, bütün türk dövlətləri dil (lər)inin adı ilə bağlı siyasi qərar qəbul edəndə biz ümumi olaraq “türk dili”ni qəbul etməyəcəyik; amma hələ belə bir qərar yoxdur; və qərar olanda da hansı “türkcənin” ortaq baqaja nə qədər töhfə verəcəyini kim bilir?!
Şərh verənlər bir az diqqətli olsunlar, biz öz dilimizə "türk dili" deyəndə, bunu rəsmi şəkildə başqa kim etmişdi?
Yəni, bizə aydın deyilmi ki, məhz Azərbaycan dili demək kimlərə və nə üçün çətindir?
Əgər İranın həm indiki, həm dünənlərdəki dini-siyasi rəhbərliyi “türkcə” deyirsə, eybi yox, qoy desin, amma türkcə deyib də həmin türkcədə məktəblər açsın, təhsil versin... Əhalisinin yarısından çoxunun dilinə hörmətlə yanaşsın... Məsələ dövlətdədir, əziz dostlar... Və heç şübhəsiz, Azərbaycan Dövlət Televiziyası çox doğru edir."- Səlim Babullaoğlu paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
