“Azərbaycanlılar Konqresi”nin sədri Murtuza Gülməmmədov yığıncağı açıq elan edərək diaspora təşkilatlarının işlərinin vacibliyindən, “Azərbaycanlılar Konqresi”nin, fəxri prezident Şahin Məmmədovun rəhbərliyi altında necə yaranmasından, hansı çətin yolları keçmələrindən və konqresin bu illər ərzində gördüyü işlərdən danışaraq gəncləri ətraflı şəkildə məlumatlandırdı: - Hər bir dövlət siyasi, iqtisadi, sosial inkişafını, hüquqi dövlətin qurulmasını təmin etmək üçün inkişafın prioritet əsaslarını formalaşdırır. Rasional gənclər siyasəti dövlətin milli inkişafda önəmli bir tezisdir. Gənclərin hərtərəfli inkişafının cəmiyyətin həyatında prioritet məsələ olduğunu həvəslə gənclərə anlatdı...
Sonda Əbulfəz Ələkbərov yekdilliklə, Şimali Osetiya “Azərbaycanlılar Konqresi”nin Gənclər təşkilatının yeni sədri seçildi.
Elçin Şükür
