Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı avtomobillərin şinlərinin, əyləc sisteminin, elektrik sisteminin və digər hissələrin sazlığı yoxlanılıb, eləcə də avtomobildə olan tibb qutusunun içindəki ləvazimatlar yanğınsöndürmə balonu və digər avadanlıqlara baxış keçirilib.
Avtomobillərin və digər avadanlıqların texniki vəziyyətinin yoxlanılması, ehtiyac olarsa təmir işləri aparılması ekstremal şəraitdə effektivliyin qorunmasına, hərbi tapşırıqların vaxtında və uğurla yerinə yetirilməsinə zəmanət verir.
