Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Arzu Nağıyevdən seçicilərlə növbəti görüş

    Daim seçicilərinin yanında olan, onların qayğı və problemi ilə yaxından maraqlanan, zəruri halda narahatlıq doğuran bir çox məsələlərin həllini tapması naminə maksimum səy göstərən Milli Məclisin komitə sədri, deputat Arzu Nağıyev ənənəvi vətəndaş qəbulunu davam etdirməkdədir.
    "Atributinfo.az" xəbər verir ki, 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə VII çağırış Milli Məclisin deputatı Arzu Nağıyev tərəfindən bu dəfə- 30 noyabr 2024-cü il tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirildi.
    Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, torpaq, tikinti və digər məsələlərlə bağlı oldu.
    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
    Qeyd etdiyimiz kimi, vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə deputatın qəbulu hər ay keçirilir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ