Bunu 1 sentyabr 2024-cü il Milli Məclisiə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə arapılan görüşlərin nəticəsi və əhəmiyyəti ilə bağlı 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, MCP-nin sədri Razi Nurullayev "atributinfo.az"a açıqlamasında deyib. O, əlavə edib ki,İmişlinin heç bir kəndinə fərq qoymadım. İndi, İnşallah o biri dairənin də öz deputatı olar:
"Seçicilər kənddə xəstəxananın işləməməsindən şikayətləndilər. Kənddə böyük xəstəxana olub. Ümumiyyətlə, İmişlinin bütün kəndlərində tibb məntəqəsi və xəstəxanası problemi var. Çox ciddidir. İmişlidə 80 həkimə və 180 tibb işçisinə ehtiyac var. Ona görə də xəstəxanada tıxacdır. Arayış almağa belə günlərlə növbəyə düzülürlər.
Kəndlər üçün təcili tibbi yardım maşını problemi də var. Cəmi üç maşın var və çatdıra bilmir. Kəndlər arasında məsafə bəzən 40-50 km-dir.
Qaralar kəndində, o cümlədən digər kəndlərdə içməli su problemi var. İçməli su kranları bir-birinədən çox aralıdır və ciddi növbə dayanır və su daşıyan ana-bacılatımız böyük məsafə qət etməli olurlar.
Ümumiyyətlə, xeyli problemlər var və onların həlli ilə bağlı dövlət qayğısına və siyasətinə ehtiyac var, ciddi dövlət vəsaiti tələb olunur. İnşallah, bunları aidiyyatı dövlət qurumları ilə üzbəüz oturub müzakirə edəcək və həlli üçün davamlı fəaliyyət göstərəcəyik."- Razi Nurullayev deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
