Sizin reklam burada
Sizin reklam burada
  • Şuşa dünyanın diqqət mərkəzində

    Bir neçə gün əvvəl Azərbaycanın dilbər guşəsi olan Şuşa yenidən dünyanın diqqət mərkəzində olub. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan Qarabağın tacı olan Şuşa dörd il əvvəl Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun qəhrəmanlığı sayəsində düşməndən azad edildi. Həmin vaxtdan başlayaraq Şuşada, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, bərpa-quruculuq işləri geniş vüsət aldı. Qısa zamanda Şuşa nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərinin keçirdikləri məkana çevrildi. Bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər Şuşanı yenidən dünyanın diqqət mərkəzinə çevirdi. Artıq bir sıra xarici ölkələrin başçıları da Şuşada keçirilən tədbirlərdə iştirak edirlər. Bir neçə gün əvvəl Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dünyanın diqqətini yenidən Azərbaycanın dilbər guşəsinə yönəltdi.
    Bu fikirləri redaksiyamıza “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayraova bildirib.
    O deyib ki, ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi böyük tarixi hadisə idi. Bu sərəncam “Qaqrqbqğ Azərbaycandır!” reallığının Ermənistana, onun havadarlarına və dünyaya bir mesaj idi. Bu sərəncam həm də memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Sərəncamın xüsusi əhəmiyyətinin biri də bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsi idi.
    G.Bayarmova bir neçə gün əvvəl Şuşşada TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçirilməsinin dünyada böyük marağa səbəb olduğunu bildirərək deyib ki, Qarabağın tacı olan Şuşada belə bir əhəmiyyətli tədbirin keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi: “İstər daxili, istərsə də xarici siyasətdə bir-birinin ardınca qazandığımız möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.TDT-nin Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə t türkdilli dövlətlərin daha sıx inteqrasiyası, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc kimi beynəlxalq münasibətlər sistemində formalaşaraq ciddi rol oynaması baxımdan mühüm əhəmiyyət kəsb edir”.
    G.Bayramova deyib ki, dövlət başçımızın toplantıdakı çıxışı dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilib. Onun sözlərinə görə, toplantıda diqqət çəkən məqamlardan biri də Prezidenti İlham Əliyevin Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul etməsi olub. Söhbət zamanı nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusunda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısının Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından əhəmiyyəti qeyd olunub. Bu tədbirin müntəzəm xarakter alacağına ümidvarlıq bildirildi, onun Türk dünyasının inkişafına, birliyinə xidmət edəcəyi vurğulandı. Ersin Tatar Türk Dövlətləri Təşkilatının Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə toplantısına dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi və ölkəmizə ikinci dəfə səfər etdiyini dedi.
    G.Bayramova Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin toplantıya dəvət olunduğunu xatırlatması təsadüfi olmadığını bildirib. O deyib ki, bir əvvəl “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun başda özü olmaqla üzvləri Şimali Kipr və Ankarada keçirilən beynəlxalq tədbirlərdə iştirak edən zaman Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatarla görüşüblər. Prezident Ersin Tatarın onları səmimi qəbul etməi, 8 Noyabr Zəfər bayramımız münasibəti ilə möhtərəm Prezdentimiz cənab İlham Əliyevi, rəşadətli Azərbaycan Ordusunu və xalqımızı təbrik edərək biz “Bir millət üç dövlətik” deməsini böyük məmnunluqla xatırlayıb. G.Bayramova Ersin Tatarla telefon əlaqəsi yaradaraq onunla danışmasından və Şuşada salamlamağından, “Azərbaycana, Şuşaya xoş gəlmisiniz!” deməsindən və qısa səmimi söhbət etmələrindən məmnunluğunu ifadə edib. O, Şuşada bundan sonra da belə əhəmiyyətli tədbirlərin keçriləcəyinə ümidvar olduğunu bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ