Sizin reklam burada
Sizin reklam burada
  • Elvin Paşayev, Vuqar İsayev , Dilarə Mövlayeva “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif ediliblər

    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Pashayev ,YAP Göygöl Rayon Təşkilatının sədri Vuqar Isayev , TİAHİ Göygöl Rayon Komitəsinin sədri Dilarə Mövlayeva “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif ediliblər.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli , 4289 nömrəli Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Nazim oğlu Paşayev, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar Sabir oğlu İsayev, TİAHİ Göygöl Rayon Komitəsinin sədri Dilarə Ramazan qızı Mövlayeva “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif ediliblər.
    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev və TİAHİ Göygöl Rayon Komitəsinin sədri Dilarə Mövlayeva ıctimai-siyasi fəaliyyətlərinin yüksək səviyyədə qiymətləndirilməsinin çox qürurverici olduğunu qeyd edərək, göstərilən diqqətə və yüksək təltifə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə sonsuz minnətdarlıq ifadə ediblər və bundan sonra da, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq, dövlətçiliyimizin inkişafı və xalqımızın daha xoşbəxt gələcəyi naminə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgəri kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini və göstərilən etimadı döğruldacaqlarını bildirmişlər.

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ