"Atributinfo.az" xəbər verir ki, görüş zamanı çıxış edən natiqlər Qalib xalqın Qalib lideri olan #İlhamHeydər_oğlu0Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq tarixi uğurlara imza atdığını və ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qəti şəkildə təmin olunduğunu bir daha diqqətə çatdırıblar. Ayrıca, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlarla yanaşı, bir başa Cənab Prezidentin diqqətində olan səhiyyə sahəsində aparılan yenidənqurma işləri və icbari tibbi sığortanın ölkə vətəndaşlarına yaratmış olduğu geniş imkanlardan söz açılmışdır.
Tədbirdə çıxış edənlər 7 fevral prezident seçkilərinin ölkəmiz üçün uğur gətirəcəyini vurğulayaraq, parlaq fəaliyyəti ilə hər bir Azərbaycanlının Prezidenti olduğunu sübut etmiş cənab İlham Əliyevi dəstəkləyəcəklərini birmənalı şəkildə ifadə ediblər.
Astara rayonu səhiyyə işçilərinin də yeganə seçimi İlham Heydər oğlu Əliyevdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
