Sizin reklam burada
Sizin reklam burada
  • Təəssüf ki, "ölüm badəsi"nı bir qədər tez qaldirdı Ramiz

    Musa Süleymanov
    Tovuz Xeyriyyə Cəmiyyətinin sədri, iş adamı

    Həyatda elə insanlar olur ki, onların varlığı ətrafdakıları ruhlandırdıgı, yaşatdıgı kimi, yoxluğu da adamı, üzür, kövrəldir, korun-korun yandırır. Sanki İlahidən bir ocaq çatılır, alovlanır, hənirlənir və sonda köz-köz küllənir, sönür, sovrulub gedir əbədiyyətin ənginliyində; o əbədiyyətə ki, varlığıyla, insanlığı ilə, istiqanlılıgı ilə zamanında yuva qurduğu könüllərin silinməz arxivinə.
    Ölümündən sonra doğulmaq, özündən sonra yaşamaq hər kəsə nəsib olmur. Bu xoşbəxtliyi qazanmaq əslində çətin olduğu qədər də asandîr. Bunun üçün insan psixologiyasının "özünü qiymətləndirmə" bəndinə əməl edəsən gərək. Bunun üçün özünü qarşındakının yerinə qoymağı bacarasan gərək. Bunun ücün böyuk-kiçik yerini biləsən gərək. Bunun üçün doğru-dürüst olmalı, ağı qaradan seçməli, haqqı nahaqqa verməməli, sozünlə əməlin bir olmalı, gözü-könlü tox olmalı, kimsənin qəlbini qırmamalı, yamanlığa da yaxşılıqla cavab verməli, təkəbbürdən uzaq, sadə-səmimi olmalısan gərək. Haqqında böyük təəssüf hissi ilə esse düşüncələrimi paylaşdîgım Ramiz Hümbətov məhz bu xarakterə malik insan idi. Ramiz ali təhsili kompüter mühəndisi, daha doğrusu kompüterin dili ilə danışmağı bacaran, tanınmış dizayner olmaqla yanaşı, şeirə-sənətə, ədəbiyyata, ən əsası insanlığa bağlı alicənab ziyalılarımızdan idi. Necə deyərlər, göydə uçan quş, yerdə yeriyən qarışqa ondan zərrə qədər incik qalmazdı. Ramiz sinədəftər ziyalı idi. O, bir çox üzdə olan tanınmış şair və yazıçılarla nəinki dostuq, qardaşlıq etmiş, hətta onların yaradıcılıqlarını demək olar əzbər bilirdi. Hər kəslə öz dili, öz xarakteri ilə danışmağı bacaran bu insanın özunəməxsus yaşam tərzi, öz dünyası vardı; ayna bulaq kimi saf, dumduru, tər-təmiz. Şairlə şair dilində, nasirlə nasir, naşirlə naşir dilində, müəllimlə müəllim dilində, mühəndislə mühəndis dilində danısardi Ramiz. Və hətta, qeyd etdiyim kimi, kompüterlə kompüter dilində danışmağı bacaran nadir sənətkarlardan idi Ramiz. Disskusiyanı çox sevər, neytral vaxtlarında maraqlı, məzmunlu, mənalı söhbətləri ilə dostları feyziyyab edərdi.
    Ramiz Hümbətov təəssübkeş, vətənpərvər insan idi. Tovuzda böyüyüb boya başa çatan bu insanın Tovuz Xeyriyyə Cəmiyyətinin inkişafında əməyi az olmayıb. Lazım gəldikdə sözügedən Cəmiyyətin yubiley tədbirlərinə həsr olunmuş cəmiyyətdə təmsil olunan üzvlərin toplum fikirlərindən ibarət jurnalın buraxılısına öz dizayn dəstəyini verib, bu kimi məsələlərin həllindən kənarda qalmayıb. Təkcə Tovuz ziyalılarının deyil, Azərbaycanın taninmış ziyalılarının daim əhatəsində olub Ramiz. O, hər kəsi özü qədər dəyərləndirdiyi kimi, hər kəs də ona qarışılıq vermiş, xətrini əziz tutmuşdur. Ramiz sözün əsl mənasında yaşamalı insan idi. Dostlarla bir arada qaldırdığı badəni də kişi kimi qaldırar, saxta tərif söyləməz, sözündə əməli, əməlində sözü əksini tapardı.Bütün bunların fonunda təəssüf ki, ölüm badəsini bir qədər tez qaldırmalı oldu... Onun vəfatı hər birimizi üzur.
    Onu əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Yaxınlarına, doğmalarına, Ramizsevərlərə Allahdan səbr diləyir, məkanı cənnət olsun deyirəm. Allah rəhmət eləsin!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ