Sizin reklam burada
Sizin reklam burada
  • Deputat ölkəmizdə yaşıllıqların bərpasına dəstək aksiyasında iştirakından danışdı

    "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransın proqramı çərçivəsində ölkəmizdə yaşıllıqların bərpası, yaşıllıq zonalarının genişləndirilməsi, su bioresurslarının populyasiyasının artırılmasına dəstək məqsədilə təşkil olunmuş aksiyada iştirak etdik."
    Bunu "atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib. O, əlavə edib ki, aksiyada Milli Məclisin komitə sədrləri və deputatları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, elmi təşkilat və təhsil müəssisələrində çalışan alim və pedaqoqlar, Gəncə şəhər və Göygöl rayon İH başçıları və digər rəsmi şəxslə iştirak edirdilər:
    "Əvvəlcə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində müxtəlif növ ağaclar əkildi, daha sonra Göygöl Milli Parkının ərazisində yerləşən gölə farel balıqları buraxıldı."- Deputat bildirdi.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ