"Atributinfo.az" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Dünya çempionu, 8 yaşlı idmançı Ağamirzə Mahmudbəylini qəbul edib. Qəbul zamanı İcra Hakimiyyətinin başçısı idmançı Ağamirzə Mahmudbəylini Savat idman növü üzrə keçirilən Dünya Kubokunda I yerə layiq görülməsi münasibəti ilə təbrik edib, respublika və beynəlxalq yarışlarda yeni-yeni nailiyyətlər qazanaraq Azərbaycan himninin sədaları altında dövlət bayrağımızı yüksəklərə qaldırmağını, eyni zamanda orta məktəb dərslərinə də diqqət yetirməyini arzulayıb. Sonra idmançı ilə xatirə fotosu çəkdirilib.
Xatırladaq ki, Dünya çempionumuz Ağamirzə Mahmudbəyli Şəhər 5 saylı tam orta məktəbin 2-ci sinif şagirdidir. Onun şəxsi məşqçisi “İrəvan” İdman Klubunun rəhbəri Fəxri Cəfərovdur.
Bəradər Səməndərli
"Atributinfo.az"
