Sizin reklam burada
Sizin reklam burada
  • Vitse-spiker Adil Əliyevin təşəbbüsü ilə vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

    Noyabrın 1-də “Heydər Əliyev İli” çərçivəsində Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə şəhid ailələri, qazilər, habelə 20 saylı Nərimanov II seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib.
    Vitse-spiker Adil Əliyevin Nərimanov rayonunda yerləşən deputat ofisində keçirilən aksiyada müraciət etmiş çoxsaylı vətəndaşlara "Femida" vəkil bürosunun 12 nəfər vəkili tərəfindən lazımi hüquqi yardım göstərilib.
    Aksiyada müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi məsləhətlər verilib, məhkəmələrdə təmsilçiliklə bağlı müvafiq iddia ərizələri hazırlanıb. Bununla yanaşı, ayrı-ayrı dövlət orqanlarına müraciətlər hazırlanaraq göndərilib.
    Qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən hüquqi yardımdan razılıqlarını bildiriblər.
    Vətəndaşlara hüquqi yardımın göstərilməsi ilə əlaqədar tədbirlərin mütəmadi olaraq davam etməsi nəzərdə tutulur.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ