Sizin reklam burada
Sizin reklam burada
  • Normadan 2 dəfə çox yağış yağıb - FAKTİKİ HAVA

    Atributinfo.az xəbər verir ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb.
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
    Bildirilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.
    Düşən yağıntının miqdarı Qaxda 155 (aylıq normanın 183%-i), Zaqatalada 84 (aylıq normanın 99%-i), Şəkidə 46 (aylıq normanın 68%-i), Qəbələdə 24 (aylıq normanın 31%-i), Astarada 18, Oğuzda 13, Lənkəranda 12, Altıağacda 10, Xaltanda 7, Qrız, Şahdağda 6, Qusar, Quba, Yardımlı, Sabirabad, Cəfərxan, Bakı və Abşeron yarımadasında 5 mm-dək olub.
    Şimal-qərb küləyi əsib, arabir Zaqatalada 25-30 m/s, Şəki, Goranboy, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib. Sentyabrın 7-də Zaqatala rayonunun Masex kəndinə dolu düşüb.
    Yağan intensiv leysan nəticəsində sentyabrın 7-də Zərdab rayonu ərazisindən keçən Qarasuçay, Qəbələ rayonu ərazisindən keçən Tikanlıçay, Quba rayonu ərazisindən keçən Vəlvələçay, Zaqatala rayonu ərazisindən keçən Böyükçay, sentyabrın 8-də isə Şəki rayonu ərazisindən keçən Çuxadurmazçay və Damarçınçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qax rayonu ərazisindən keçən Ağçay və Kürmükçay çaylarından sel keçib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ