"Atributinfo.az" xəbər verir tədbirdə şəhər ağsaqqalları ilə yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib. Gələn qonaqları salamlayan şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu barədə çıxış edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov qeyd edib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.
Tədbirdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün bərpa olunması, xalqın sosial rifah halının yaxşılaşması xüsusi qeyd olunmaqla tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin siyasi irsi və ideyalarını daim yaşanacağı, nəsillərdən nəsillərə ötürüləcəyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Tariximizə qızıl hərflərlə həkk olunmuş müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək.
Diqqətə çatdırlıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın bügünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın müasir tarixinə yeni missiya ilə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Şəhər rəhbəri Zakir Fərəcov həmçinin vurğulayıb ki, bu gün tarixi şöhrətini bərpa edən 74 yaşlı Sumqayıtın da müasir inkişafı vaxtilə Heydər Əliyevin yaratdığı möhkəm təməllərə əsaslanır. Ümumilikdə Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər edib ki, bu da Ulu Öndərin şəhərimizə olan xüsusi diqqət və qayğısının göstəricisidir. Sumqayıtın bu günkü yüksəlişi Heydər Əliyev ideyalarının təntənəsinin təcəssümüdür və bu gün Sumqayıt artıq sözün əsl mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilmişdir.
Çıxışlarda qeyd olunub ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib. Bu gün İkinci Qarabağ Müharibəsindəki parlaq qələbədən sonra növbəti tarixi missiya həyata keçirilir – düşmənin talan etdiyi Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci noyabrın 28-də imzaladığı digər Sərəncamla Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev İli elna edilməsi ilə bağlı tədbirlər Planı təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq ölkəmizdə və xaricdə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlər ilin sonunadək davam etdiriləcəkdir.
İlhamə Məhəmmədqızı
Fotolar Xaqaninindir
"Atributinfo.az"
