"Atributinfo.az" xəbər verir ki, söhbət zamanı rayonda bir il ərzində görülmüş işlər barədə İcra Hakimiyyətin başçısı Elvin Paşayev tərəfindən ətraflı məlumat verilib, mövcud məsələlər və problemlər geniş müzakirə edilib və bu məsələlərin həlli istiqamətində ağsaqqalların təklifləri dinlənilib.
Ağsaqqallar onlara yaradılan bu şəraitə görə öz minnətdarlıqlarını bildirərək, Ulu Öndər Heydər Əliyev tərəfindən zamanında Göygöl rayonunun sosial-iqtisadi inkişafı üçün mühüm tədbirlər görüldüyünü, həmçinin Prezident İlham Əliyevin Göygöl rayonuna xüsusi diqqət ayıraraq, səfərləri çərçivəsində bir çox təhsil, səhiyyə və digər sosial obyektlərin istifadəyə verildiyini, insanların, xüsusilə də yaşlı nəslin istirahət yerinə çevrilmiş geniş, gözoxşayan park və xiyabanların salındığını, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğıya ehtiyacı olan insanların problemlərinin aradan qaldırılmasında misilsiz xidmətlərinin olduğunu vurğulayıb, rayon əhalisinin sosial rifahının daha yüksəlməsi və rayonun inkişaf etdirilməsi istiqamətində İcra Hakimiyyətinin başçısı Elvin Paşayevə uğurlar diləyib, görüləcək bütün işlərdə onların da töhfəsi olacağını qeyd ediblər.
Bəradər,
Zahir
"Atributinfo.az"
