Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Vətən Müharibəsi şəhidi Bayramov Elcan Qoşqar oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib

    Bu gün Vətən Müharibəsi şəhidi Bayramov Elcan Qoşqar oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib. Bu barədə "atributinfo.az"-a açıqlama verən Göygöl rayon Qızılqaya qəsəbə icra nümayəndəliyində müavin İlkin Məmmədov deyib:
    "Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi Bayramov Elcan Qoşqar oğlunun doğum günü ilə bağlı Göygöl Rayon Şəhidlər Xiyabanındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
    Xatırladaq ki, Şəhid Bayramov Elcan Qoşqar oğlu 3 avqust 2001-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər 12 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. Orta təhsilini 4-cü sinifdən sonra Kəlbəcər rayon 122 saylı tam orta məktəbində davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir."
    İ. Məmmədov qeyd edib ki, 2019-cu ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir:
    "Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elcan Bayramov 28 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Elcan Bayramov 05 noyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.
    Allah Şəhidimizə rəhmət eləsin." İlkin Məmmədov deyib.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ