"Arributinfo.az" xəbər verir ki, tədbirin aparıcılığını edən millət vəkili Razi Nurullayevin MCP-nın şəhid ailələri və qazilərlə iş sektorunun müdiri və şəhidə həsr olunmuş bir neçə kitabın müəllifi şairə Esmira Günəş edirdi. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin bir dəqiqəlik sükutu ilə başlayan tədbirdə rayon icra nümayəndələri, şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, AR-nın "Vətən müharibəsi" İB-nin nümayəndələri, müğənni Elməddin Müntəzir və kənd camaatı iştirak edirdi. İlk olaraq bulağın açılışı olduqdan sonra qonaqlar, gətirdikləri gülləri bulağın qarşısına qoyaraq bulaqdan su içiblər. Tədbir boyu şəhidlərlə bağlı xatirələr səslənib, məktəblilər şairə Esmira Günəşin şəhid Xanoğlan Xəlilova həsr etdiyi şeirləri səsləndirib, Elməddin Müntəziri isə şəhid Xanoğlana həsr etdiyi musiqini səsləndirib. Tədbirdə şairə Esmira Günəş şəhid Pərvin Məmmədov haqqında məqaləsinin yer aldığı jurnalı da şəhidin anasına təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar ehsan süfrəsinə də qonaq olublar. Şairə Esmira Günəş rayonu tərk etməmişdən əvvəl şəhid İsmayıl Tağıyevin ailəsini və Şeyidlər kəndinin şəhidlərinin məzarlarını da ziyarət edib.
Dilarə Zeynalova
"Atributunfo.az"
