Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün şəhid Ruslan Məmmədovun ad günüdür

    İyunun 6-sı Sumqayıt şəhidlərindən Ruslan Məmmədovun ad günüdür.
    "Atributinfo.az" xəbər verir ki, günün öndəmi ilə əlaqədar şəhid anaları və şəhidin doğmaları ilk öncə Sumqayıt şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib. Daha sonra isə şəhidin evində verilən ehsan süfrəsinə qonaq olublar.
    Ruslan Məmmədov 44 gündə tarixi qanıyla yazanlardan biridir. Orduda leytenant rütbəsi ilə xidmət edən qəhrəmanımız prezident tərəfindən bir neçə medal və ordenlə təltif olunub. Haqqında bir çox kitablarda yer ayrılıb. Şairə Esmira Günəşin də bir neçə kitabında yer alan qəhrəman şəhidin xatirəsinə elə şairə xanımın özü də dəfələrlə silsilə tədbirlər keçirib. Bu gün də şəhid ailəsinin yanında olan şairə Esmira Günəş tezliklə şəhidin uşaqlıq illərinin keçdiyi baxçada da tədbirin keçirilməsini xahiş edib. Baxçanın direktoru isə məmuniyyətlə tədbir keçirəcəklərini deyərək şəhidin anasını sevindiriblər. Eşq olsun şəhid ailələrinin hər zaman yanında olan xalqımızın vətənpərvər nümayəndələrinə. Şəhidlərimizin ruhu şad olsun.

    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ