"Atributinfo.az" xəbər verir ki, təmizlik aksiyasının məqsədi rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması isitqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühit mühafizəsinə münasibətini dəyişməklər ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Təmizlik aksiyasında Göygöl Rayon İcra hakimiyyətinin başçısı Aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin məsul şəxsləri və könüllülər iştirak ediblər.
Bəradər Səməndərli
"Atributinfo.az"
