Sizin reklam burada
Sizin reklam burada
  • Şəhid Səmid Əliyevin ad günü qeyd olunub

    İyunun 5 i şəhid Səmid Əliyevin ad günüdür. Bununla əlaqədar olaraq şəhid anaları və şəhidin doğmaları şəhidin məzarını ziyarət edib. Daha sonra isə evində təşkil olunmuş ehsan süfrəsinə qonaq olublar.
    "Atributinfo.az"-ın məlumatına görə Səmid Əliyev vətən müharibəsində sinəsini düşmənə sipər edən könüllülərimizdən biri olub. Sumqayıt şəhər Corat qəsəbəsindən olan şəhidimizin elə yaşadığı qəsəbədə adına küçə verilib. Adibəsi qoyulub və ev muzeyi hazırlanıb.
    Səmid Əliyev şairə Esmira Günəşin bir neçə kitabında yer alıb. Şairə xanım şəhidin xatirəsinə bir çox şeirlər yazıb və daimi olaraq sosial şəbəkələrdə paylaşımlarını edir. Elə məhz bu gün də şəhid ailəsinin yanında olan şairə bu dəfə övladlarıyla birlikdə şəhidin məzarını ziyarət edib.
    Yaşasaydı 25 yaşı olacaqdı. İndi isə şəhidimiz dəyişməyən ad günündə, dəyişməyən təbəssümü ilə məzar daşından salamlayıb qonaqlarını. Allah ailəsinə səbr versin. Şəhidimizin ruhu şad olsun.

    Dilarə Qamboyqızı
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ