Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Vətən müharibəsi şəhidi kiçik leytenant Abbasov Seymur Muşfiq oğlunun doğum günüdür - Fəxrlə anırıq!

    "Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır."
    Bu sətirləri "Atributinfoaz"-a Göygöl rayonu Qızılqaya Qəsəbə İcra Nümayəndəliyində müavin İlkin Məmmədov yazmışdır. O,qeyd etmişdir ki, bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar.
    "Azərbaycan Ordusunun kiçik leytenantı olan Seymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Abbasov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
    Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
    20 yaşında dünyasını dəyişən Seymur Abbasov Ali Milis Məktəbində təhsil alırdı. Yenicə leytenent rütbəsi almış. Valideynləri toy arzusu ilə yaşayırdı. Şuşanın alınmasına elə sevinirdi ki, heyf ki, elə Şuşaya qələbə bayrağı saçılan gün düşmən gülləsinə tuş gəldi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda edən şəhid Seymurun ruhunu ehtiramla anrıq."- İlkin Məmmədov vurğulamışdır.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ