"Atributinfo.az" xəbər verir ki, bu münasibətlə ölkəmizdə keçirilən silsilə tədbirlər çərçivəsində Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, idarə aparatının və idarənin xidməti əhatəsindəki müəssisələrin əməkdaşları Ulu Öndərin Sabirabad rayonunun mərkəzi meydanında yerləşən abidəsi önünə gül dəstələri qoyublar.
Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlı Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.
Bəradər Səməndərli
"Atributinfo.az"
