Sizin reklam burada
Sizin reklam burada
  • Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaşların müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev növbəti dəfə rayon sakinlərini fərdi qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
    Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, su probleminin aradan qaldırılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
    Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdıraraq, aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ