"Atributinfo.az" xəbər verir ki, keçirilən iclasda Uşaq İncəsənət Festivalı ilə əlaqədar təyin olunmuş koordinatorlar və müəssisə rəhbərləri iştirak ediblər.
İclasda çıxış edən idarə rəisi Uşaq İncəsənət Festivalının keçirilməsi ilə əlaqədar tapşırıq və tövsiyələrini verib, festivalın keçiriləcəyi məkanlarda tekniki təchizat və təşkilati işlərin yüksək səviyyədə təmin olunmasının zəruri əhəmiyyət kəsb etdiyini bildirib.
İclas qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Zahir Məmmədov
Atributinfo.az"
