Sizin reklam burada
Sizin reklam burada
  • Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada keçirilən müsabiqədə 2023-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb


    Bu ilin ilk aylarında DSMF artıq beş beynəlxalq mükafatla təltif olunub
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk aylarında artıq beşinci beynəlxalq uğura imza atıb: Fond Böyük Britaniyada keçirilmiş "Retirement Planning Awards 2023” beynəlxalq müsabiqəsində qalib gələrək “Sosial təminat islahatına görə 2023-cü ilin Mükəmməllik Mükafatı”na layiq görülüb.
    DSMF-dən aldığımız məlumata görə, Böyük Britaniyada yerləşən “Wealth and Finance International” beynəlxalq korporasiyası tərəfindən təşkil edilən, dünyanın 100-dən çox ölkəsindən çoxsaylı layihələrin təqdim edildiyi müsabiqənin qalibləri müstəqil beynəlxalq münsiflər heyətinin qərarı ilə müəyyən edilərək elan olunub.
    DSMF bu müsabiqədə iki istiqamətdə sosial islahat təcrübəsi (“Ünvanlı dövlət sosial yardımına dair müraciətlərə baxılması ilə əlaqədar məişət şəraitinin süni intellektə əsaslanan həll vasitəsilə monitorinqi” və “Sosial təminat idarəçiliyinin mərkəzləşdirilməsi”) ilə iştirak edib.
    Müsabiqənin nəticələrinə dair məlumat gələn ay qeyd olunan beynəlxalq qurumun veb-səhifəsində yerləşdiriləcək.
    Həmçinin təşkilatın 65 mindən çox tirajla nəşr ediləcək və dünya ölkələrinə yayılacaq “Retirement Planning Awards” adlı illik mətbu orqanı müsabiqənin qaliblərinə, onların qalib gələn müsabiqə işlərinə həsr olunacaq.
    Bununla həmin mətbu orqan üzərindən DSMF-nin islahatları da beynəlxalq miqyasda geniş təbliğ və təşviq olunacaq.
    Beləliklə, ötən il “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülən DSMF bu il Böyük Britaniyanın iki müxtəlif qurumu tərəfindən, eləcə də Malayziyada keçirilən müsabiqələrdə daha beş beynəlxalq mükafatla təltif olunub.

    Hüseynbala Həsən
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ