Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda ağacəkmə kampaniyası

    Martın 7-də Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirildi.
    "Atributinfo.az" xəbər verir ki, Saatlı şəhər Heydər Əliyev prospektində, Heydər Əliyev meydanında və Muğan parkında keçirilmiş ağacəkmə aksiyasında icra başçısı Elmir Bağırov, YAP rayon təşkilatının sədri Lütvəli Şıxəliyev və könüllülər iştirak ediblər.
    Aksiyada 250 həmişəyaşıl ağac əkilib.

    Bəradər Səməndərli
    "Atributinfo.az”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ