Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop Türkiyədə zəlzələ nəticəsində zərəçəkənlər üçün Göygöl rayonunda yardım toplanan məntəqədə olub

    "Atributinfo.az" xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Recep Öztopa Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyünü qeyd edib.
    Recep Öztop, öz növbəsində, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ