Füzuli rayonunun Alixanlı kəndinin keçmiş idarə binasını hazırda kimsə özəlləşdirir. Həmin binanın nə məqsədlə təmir edildiyi bilinmir. Bərpa edildikdən sonra burada nə yerləşəcək onu da bilən yoxdu? Bir sözlə, binada görulən islərin təyinatı bilinmir. Halbuki, bu bina vaxtilə dövlətə məxsus olub. Hazırda Alixanlı kənd icra nümayəndəliyinin inzibati binası icarəyə götürülmüş binada yerləşir. Olmazmı ki, həmin binani icra hakimiyyəti təmir etsin və icarə haqqından canı qurtarsın?