Dəyərli dostlar Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Quba rayonu İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin, "Qardaş Köməyi Platforması", Quba camaatı ilə bu gün 5 Ford yük maşını ərzağı Bakıya göndərdilər. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq biz də öz növbəmizdə yükləri anbarlara boşaldıb, sabah TIR-larla Türkiyəyə daşınması üçün hazır vəziyyətə gətirdik. Bu xeyirxah işlərin əmələ gəlməsində əməyi keçən hər kəsə, qarlı və şaxtalı havada yardımları sağ, salamat Bakıya çatdıran və kordinə edən dəyərli dostumuz İzzət Osmanov və dostlarına öz dərin təşəkkürümü bildirirəm.
Emil Rəhimov Dünya Alpagut Federasiyasının vitse-prezidenti. Eksklüziv olaraq "Atributinfo.az" üçün