Sizin reklam burada
Sizin reklam burada
  • ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN!

    Vətən uğrunda ölən varsa, Vətən var! Xalqımız 30 ildən sonra şəhidlərinin, qazilərinin, yenilməz ordumuzun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində öz torpaqlarına qovuşdu. 8 noyabr bizim "Zəfər tarix" imiz kimi yaddaşlara yazıldı.
    8 noyabr tarixində "ZƏFƏR GÜNÜ" ilə bağlı
    Saatlı rayon Gənclər və İdman İdarəsi, "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olundu. Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbirdə çıxış edənlər 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyindən söz açmış, bu möhtəşəm qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan ordusuna minnətdarlıqlarını bildirmişlər.

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ