Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canından keçən həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək 44 günlük Vətən müharibəsindən, xalq-iqtidar həmrəyliyindən və Azərbaycan Ordusunun qalibiyyətlərindən danışdı. Daha sonra Şəhid valideyni Gülməmməd Əhmədov, Vətən Müharibəsi iştirakçısı Eldost Azayev, əmək və müharibə veteranı Cümşüd Məmmədov çıxış edərək “Zəfər Günü”nün tarixi əhəmiyyətindən söhbət açdı.
Tədbir maraqlı musiqi nömrələri və rəqslərlə davam etdi.
Zahir Məmmədov
