Xatırladaq ki, Şəhid Hüseyinov Elbrus Nadir oğlu 4 mart 1991-ci ildə Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon Elmdar Xanlarov adına Çaykənd kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmişdir. 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib 58 saylı Kəlbəcər məktəbində təhsilini davam etdirmişdir.2009-cu ildə 58 saylı Kəlbəcər məktəbində 11-ci sinfi bitirmişdir.
2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-ci ildən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Elbrus Hüseyinov 17 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, 2 övladı var.
Zahir Məmmədov
