Yerlərdə sakinləri narahat edən problemlər öz həllini tapır
Sosial
10-10-2022, 09:14
562
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə əhalini narahat edən problemlər tədricən aradan qaldırılır. Saatlı rayonunun Gomuşçu kəndində rayon icra hakimiyyəti başçısı cənab Elmir Bagirovla kənd sakinlərinin görüşü zamanı kənd daxili kollektorun qazılaraq təmizlənməsini xahiş edilmişdir..Bu günlərdə kənd sakinlərinin həmin xahişləri yüksək səviyyədə yerinə yetirilmişdir.Kənd sakinlərinin xahişlərinin belə yüksək səviyyədə icra olunduğu üçün ,kənd sakinləri adından , Qiyas Rüstəmov özünün fb səhifəsində təşəkkür statusu yazmışdır. Həmin statusda deyilir : "həm şəxsim, həm də sakinlər adından cənab Elmir müəllimə, Saatlı rayon Suvarma və Meliorasiya idarəsinin müdiri Tahir müəllimə və həmin idarənin bu işdə zəhməti keçən bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Allah Sizlərdən razı olsun".