Sizin reklam burada
Sizin reklam burada

HƏQARƏT

HƏQARƏTAllah Şəhidlərimizə qəni-qəni rəhmət eləsin. 2-3 gündür ki, qulaq-başımız sakitləşib. Bayıldakı Su Hovuzu İdman Kompleksi boyunca, ta "Kristal Hal"a qədər, hava qaralan vaxtlardan baslamış, gecə keçənədək guppagupdan adamın beyni silkələnir. Dənizkənarı parkda səsdən normal gəzib istirahət etmək mümkün deyil açıq diskotekaların səsindən. Hələ biri var "Kaddeh" adında. Ay başına dönüm, elə bil hər gün bura yığışanlar, (xüsusən qız-qadınları nəzərdə tuturam) bir toyuğun altından çıxan cucələr kimi, çimərlik geyimində gəlirlər, yeyirlər-içirlər, sonra ayağa dururlar nə dururlar... Hələ bəziləri bir əlində icki rumkası, bir əlində isə qəlyan tutaraq bir oyun cıxarır, bir oyun çıxarır, gəl görəsən. Bəyəm, bunların yiyəsi yoxdur ki, evdən çixanda desin, a bala, hara gedirsən, hanı əyninin geyimi?
Parka ailəvi gəzintiyə çıxanların gözü önündə bu yarıçılpaq bədənlə, sərxos halda disko-rəqs edənlərin hec bir əxlaqa sığmayan hərəkətləri təbii ki, normal ailələrə həqarətdir. Bəs, bu obyektləri işlədənlərə krişalıq edənlər kimlərdir? Bu barədə düşünməyə dəyər məncə. Fikirlərinizə ehtiyac var!

Bəradər Səməndərli
"Atributinfo.az"-ın baş redaktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ