Sizin reklam burada
Sizin reklam burada
  • Həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən - Şəhid Səbuhinin qardaşı

    Həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən - Şəhid Səbuhinin qardaşı Səhər qardaşıma zəng etdim telefonu başqası açdı, bir kəlmə dedi ki, qardaşının qisasını almışıq.
    Bunu şəhid Səbuhi Əhmədovla birlikdə uşaq evində böyüyən qardaşı Sənan Əhmədov deyib.
    O bildirib ki, onların iki yaşı olanda valideynləri vəfat edib və onlar SOS kəndində böyüyüblər:
    "Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Gizir idi. Həmişə dediyini edərdi. 3 gün olardı zəng etmişdi ki, düşmən tərəfdə atışma var. Elə həmin günün səhəri zəng elədi, danışdıq. Dedi tez aç, imkan olmayacaq. Sentyabrın 13-ü zəng elədim artıq qardaşım şəhid olmuşdu. 25 yaşı var idi. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ