Sizin reklam burada
Sizin reklam burada

Tərtərdə kustar qaydada neft çıxarıb satan şəxslər aşkarlanıb

Tərtərdə kustar qaydada neft çıxarıb satan şəxslər aşkarlanıb Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Tərtər rayonunun Seydimli kəndi ərazisində uzun müddət konservə edilmiş neft quyularından qeyri-qanuni yolla kustar üsulla nefti əldə edərək kanistrlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən edilib.
Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən 20-yə yaxın quyudan kustar üsülla, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq neftin əldə edilməsi, yaşayış yerinin həyətyanı sahəsində yığılması və daşınması yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın müvafiq maddələrinin tələblərinə zidd olaraq xam neftin qanunsuz yığımını, saxlanmasını və daşınmasını təşkil etmiş Hüseynov Nazim Şirin oğlu və Hümbətəliyev Eyvaz Cəbrayıl oğlu barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ