Sizin reklam burada
Sizin reklam burada

Media nümayəndələrinin Laçın şəhərinə səfəri başlayıb

Media nümayəndələrinin Laçın şəhərinə səfəri başlayıb Yerli media nümayəndələrinin Laçın şəhərinə səfəri başlayıb.
Səfərdə jurnalistlərlə yanaşı, hərbi ekspertlər, laçınlı hərbi qulluqçular da iştirak edirlər.
Səfər çərçivəsində jurnalistlər ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkəcəklər.
Media nümayəndələri şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələri, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləri ilə tanış olacaqlar.
Jurnalistlərin Laçının Zabux və Sus kəndlərinə də səfəri planlaşdırılır.
Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ