Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qaracalar kəndində keçirilmişdir

    Saatlı rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qaracalar kəndində keçirilmişdir Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov avqust ayının 18-də Qaracalar kəndinin sakinləri ilə görüşüb. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.   
       Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir. Rayon icra hakimiyyətinin başçısı səyyar qəbul zamanı  xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında məlumat vermiş və kənd sakinlərinə portaldan istifadə qaydasını izah etmişdir.
       Daha sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənilmiş, bəzi məsələlər yerindəcə öz həllini tapmışdır. Həlli vaxt tələb edən məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.
    Saatlı rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qaracalar kəndində keçirilmişdirSaatlı rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qaracalar kəndində keçirilmişdirSaatlı rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qaracalar kəndində keçirilmişdir Saatlı rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qaracalar kəndində keçirilmişdir

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ