Xaçmaz rayonunda “Xəzər”, “Şahdağ”, “Ülfət”, “Lokomotiv”, “Təhsil”, Qusar rayonunda “Şəfa” istirahət mərkəzlərinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya baxış keçirib, ərazini gəzib. AHİK sədri həmçinin mərkəzlərdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.
İstirahət edənlər onların dincəlməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirib və öz təşəkkürlərini bildiriblər.
Sonra AHİK sədri mədəniyyət işçiləri üçün Nabran qəsəbəsində yeni tikilməkdə olan istirahət mərkəzində olub, burada görülən işlərlə maraqlanıb.
Bu barədə geniş məlumat veriləcək.
