
Kəlbəcərli seçicilərlə görüş keçirdi.
Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul
əməkdaşlarıda iştirak ediblər.
Millət vəkili Aqil Məmmədov çıxış edərək bildirdi ki, Ölkə əhalisinin həssas təbəqələrinin sosial problemlərinin
həlli dövlətin prioritet məsələlərindəndir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə artıq keçmiş
məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər
problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu gün şəhid ailələrinə, qazilərə hər iki Vətən
müharibəsi iştirakçılarına xüsusi diqqət göstərilir: “Bu gün Azərbaycan dövləti bu kateqoriyadan olan
vətəndaşların sosial və mənəvi müdafiəsi üçün böyük işlər görür, hamını əhatə edəcək proqramlar həyata
keçirir. Şəhid ailələri daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş
ərazilərdə sürətlə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri nəticəsində “Böyük Qaydış” Proqramı
uğurla həyata keçiriləcək, vaxtı ilə həmin ərazilərdə yaşayan vətəndaşlarımız öz ata-baba yurdlarına
qayıdacaqlar. Bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı,
evlərin tikilməsinə start verilir.Yaxın zamanlarda bu işlər yekunlaşacaq və kəlbəcərlilər də öz doğma torpaqlarına
qayıdıb əbədi olaraq orada yaşayacaq. Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların
qaldırdıqları məsələlər ilə bağlı aidiyyətı üzrə tapşırıqlar verilib.